Kannavaro Çin klubunu yüksək dəstəyə daşıdı

17:17 - 22 Oktyabr 2016

Çinin “Tyanzin Sunzyan” klubunu çalışdıran Fabio Kannavaro məşqçilik karyerasında ilk uğurunu qazanıb.

 

Sportal.az xəbər verir ki, italiyalı gənc məşqçi komandanı ikinci dəstədən yüksək liqaya vəsiqə qazandırmağı bacarıb. 30-cu turda “Tyanzin Sunzyan” doğma meydanda “Meyçkou Hakka” komandasını 3:0 hesabı ilə məğlub edib.

 

Bu qələbədən sonra xalını 59-a çatdıran Kannavaronun komandası mövsümü turnir cədvəlində 1-ci pillədə başa vurub.

Xəbər xətti