Şeydayevin adı "Qalatasaray"la matçın iştirak ərizəsində

19:34 - 22 Oktyabr 2016

Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi oyununda "Qalatasaray" doğma meydanda "Trabzonspor"u qəbul edəcək.
 
Azərbaycan millisinin üzvü Ramil Şeydayev yeni komandasının heyətində Super Liqada debüt edə bilər. Belə ki, Qara dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal yığmamızın üzvünün adını "18-lik" heyətə daxil edib. O, növbəsini ehtiyat oyunçular skamyasında gözləyəcək.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.

Xəbər xətti