"Lester Siti" 3 qolla qalib gəldi VİDEO

19:50 - 22 Oktyabr 2016

İngiltərə Premyer Liqasında 9-cu turun görüşləri davam edir.

 

Sportal.az xəbər verir ki, son çempion "Lester Siti" doğma meydanda "Kristal Palas"ı qəbul edib. Klaudio Raniyerinin yetirmələri bu qarşılaşmada 3 - 1 hesabı ilə qələbə qazanmağı bacarıb.

 

Bu qələbə sayəsində xallarını 11-ə çatdıran "tülkülər" turnir cədvəlinin 12-ci pilləsinə yüksəlib.

 

"Lester Siti" - Kristal Palas" 3:1

QOLLAR: Ahmed Musa, 42, Şinji Okazaki, 64, Kristian Fuks, 80 - Yohan Kabaye, 85

 

 

Xəbər xətti