Şahin Diniyev: "Bizim üçün 6 xallıq oyun olacaq"

00:18 - 23 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda Gəncə şəhər stadionunda “İnter”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını başa vurub.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına matçla bağlı açıqlama verib:

 

“Həmişə “İnter” ilə oyunumuz çətin alınıb. Rəqib yüksək səviyyəli futbolçulardan qurulmuş heyətə malikdir. Onlara qarşı oynamaq hamı üçün çətindir. Liderlərdən uzaqlaşmamaq üçün sabahkı oyunda uğur qazanmalıyıq. Oyunun mahiyyəti bəllidir. Mən deyərdim ki, bizim üçün 6 xallıq oyun olacaq. Çox çalışmalıyıq, heyətlə də bağlı problemlərimiz var. Əsas heyətin üç üzvü oynamayacaq. Heyəti kasad olan komanda üçün böyük itkidir. Əvəzedicilərdən üç oyunçu dəvət edəcəyik. Amma bu amil bizim üçün səbəb olmamalıdır”.

Xəbər xətti