"Kəpəz" "İnter"lə matça ciddi itkilərlə çıxacaq

00:50 - 23 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda “İnter” ilə keçiriləcək oyun üçün “Kəpəz” bu gün Gəncəyə gedib.

 

Sportal.az xəbər verir ki, komanda oyunun keçiriləcəyi şəhər stadionunda son məşqə çıxıb. Hazırlıq prosesi uzun sürməyib. Futbolçular təxminən 45 dəqiqə yüngül formada məşq ediblər.

 

“İnter”ə qarşı görüşdə zədəli olan Şəhriyar Əliyev, Dario Frederiko və Vüqar Bəybalayev komandaya kömək edə bilməyəcək.

Xəbər xətti