"Liverpul"dan Cerrerda "yaşıl işıq"

16:30 - 23 Oktyabr 2016

“Liverpul”un çalışdırıcısı Yurgen Klopp komandanın sabiq futbolçusu Stiven Cerrard haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, “qırmızılar”ın və İngiltərə yığmasının sabiq kapitanı Stiven Cerrard Amerikanın “Lon Anceles Qalaksi” klubu ilə başa çatan müqaviləsini uzatmayıb. Almaniyalı mütəxəssis "Liverpul"un qapılarının Cerrarda hər zaman açıq olduğu bildirib:

 

“Cerrard hər zaman “Liverpul”a gələ bilər. Heç kəs düşünməsin ki, o bura qayıda bilməz. Mən Stiveni tanıyıram. "Liverpul"un qapıları onun üzünə hər zaman açıqdı. Hər şey yaxşı olacaq”.

 

Qeyd edək ki, Stiven Cerrard 1998-2015-ci illərdə “Liverpul”un şərəfini qoruyub.

Xəbər xətti