Zaur Svanadze: "Heç yoxdansa, bir xal da yaxşıdı"

17:49 - 23 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “İnter” Gəncədə “Kəpəz”lə qarşılaşıb (0:0).

 

Sportal.az xəbər verir ki, oyundan sonra “bankirlər”in gürcü baş məşqçisi Zaur Svanadze matçla bağlı fikirlərini bildirib:


“İlk hissədə o qədər də uğurlu çıxış etmədik. Amma fasilədən sonra çox yaxşı oynadıq.
Bir neçə qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. Heç olmasa, bir qol epizodundan istifadə edə bilsəydik, Bakıya üç xalla qayıdardıq. Amma oyundan razı qaldım. Biz bu gün qələbəyə layiq idik. Lakin heç yoxdansa, bir xal da yaxşıdı” (komanda.az).

Xəbər xətti