Nazarovun 7 dəqiqəsi

18:12 - 23 Oktyabr 2016

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” evdə “Union Berlin”lə qarşılaşıb.

 

Cari mövsümdə nadir hallarda əsas heyətdə yer alan Nazarov, yenə kənarda qalıb. “Aue”nin baş məşqçisi Pavel Dotçev millimizin üzvünü qarşılaşmanın 83-cü dəqiqəsində meydana buraxıb. Oyun isə 3:1 hesabıyla qonaqların qələbəsiylə nəticələnib.

 

Hazırda hesabında 10 xal olan “Aue” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti