Budaq Nəsirov oynadı, "Sportinq" qələbə qazandı

00:03 - 24 Oktyabr 2016

Milli komandamızın üzvü Budaq Nəsirov Portuqaliyanın "Sportinq” B klubunun heyətində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Portuqaliya Sequndasının XII turunda "Leixoes” ilə ev matçında oynamaq imkanı qazanıb.

 

Budaq matçın 46-ci dəqiqəsində - hesab 1:0 olan zaman meydana daxil olub. O, Edu Pinheyronu əvəzləyib. Nəsirov oyuna daxil olduqdan sonra özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, "Sportinq” futbolçumuz meydana daxil olduqdan cəmi 1 dəqiqə sonra hesab arasındakı fərqi artırıb və Budaq həmin qolun vurulmasında fəal iştirak edib. 
 
Ancaq "Leiksoes” bir neçə dəqiqə sonra hesab arasındakı fərqi azaltmağa nail olub. 64-dəqiqədə Ludoviç "Sportinq”i məyus edib.
 
Beləliklə də, 2-1 hesablı qələbəyə sevinən "Sportinq" daha 3 qazanaraq xallarının sayını 20-ə yüksədib.

 

Xatırladaq ki, bu, Budaqın "Sportinq”in heyətində keçirdiyi 4-cü rəsmi matç olub.
 
"Sportinq" 2-1 "Leixoes"
Qollar:
Leanardo Ruiz, 3, 47 - LedoviçŞ 64.

Xəbər xətti