"Feyenoord"un sabiq hücumçusu "Neftçi"də

00:43 - 24 Oktyabr 2016

Premyer Liqada işləri qaydasında getməyən "Neftçi” baxışa daha bir futbolçu gətirib.

 

Sportal.az xəbər verir ki, söhbət hollandiyalı hücumçu Quyon Fernandesdən gedir. Əldə etdiyimiz məlumata görə, son oalaraq Ukraynanın "Stal” klubunda forma geyinən futbolçu "ağ-qaralar”ın düşərgəsində baxışdan keçəcək. Fernandes baxışda olduğu müddətdə məşqçilərin ümidlərini doğrulda bilsə, onunla müqavilə imzalanacaq. 
 
Qeyd edək ki, Fernandes peşəkar futbolçu karyerasına ölkəsinin "Den Haaq” klubunda başlayıb. O, daha sonra "Ekselisor”,  "Feyennord”, "Zvolle” və "Bread” kimi tanınmış komandalarda oynayıb. (Futbol11.az)

 

Xəbər xətti