Eddi İsrafilov yenə istirahət etdi

00:57 - 24 Oktyabr 2016

İspaniya Sequndasında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kadis" doğma meydanda "Mursiya" ilə qarşılaşıb və bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2.

 

İsrafilovun adı bu dəfə də oyunun iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Kadis" 11 turdan sonra 11 xal toplayıb və 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti