Rasim Ramaldanovlu "Kolxeti" növbəti 3 xalı qazandı

10:15 - 24 Oktyabr 2016

Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rasim Ramaldanovun çıxış etdiyi "Kolxeti" doğma meydanda Bolnisi "Sioni"si ilə qarşılaşıb. Poti təmsilçisi bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.


Rasim Ramaldanov oyunda 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, "Kolxeti" 9 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti