Komaya düşdü, ayılanda ispanca danışdı

10:58 - 24 Oktyabr 2016

ABŞ-lı gənc futbolçu Ruben Nsemonun başına maraqlı hadisə gəlib.

 

Sportal.az xəbər verir ki, 16 yaşlı qapıçı matçların birində başından ciddi xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan futbolçu 3 gün koma vəziyyətində qalıb. 

 

Futbolçunun valideyinləri "WSB Radio”ya açıqlamada biliridiblər ki, Ruben komadan ayıldıqdan sonra onları təəccübləndirib. Belə ki, ingilis dilindən başqa dil bilməyən gənc futbolçu komadan ayıldıqdan sonra sərbəst şəkildə ispan dilində danışıb. 
 
Onun bu vəziyyəti isə hər kəsin marağına səbəb olub. Ruben isə verdiyi açıqlamada heç vaxt ispan dilini bilmədiyini və ispanca bəzi sözləri kiçik yaşlarında qardaşından eşitdiyini vurğulayıb.
 
Valideyinləri bildiriblər ki, hazırda futbolçunun vəziyyəti yaxşıdı və onun bütün müalicə xərclərini özləri çəkirlər.

Xəbər xətti