Robert Prosineçki: "Heç kim bizi asan şəkildə kötəkləyə bilməz"

12:12 - 24 Oktyabr 2016

“Ümid edirik, ianırıq. Artıq azərbaycanlı futbolsevərlər bizə ümid bəsləyirlər. İndi hər kəs futboldan danışır”.

 

Sportal.az xəbər verir ki, bu sözlər millimizin baş məşqçisi Robert Prosineçkiyə məxsusdur.

 

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına verdiyi müsahibədə futbola yaradılan şəraitdən danışıb:

 

“Futbola yaxşı maliyyə ayrılıb. Ağır atletika, güləş, boks, cüdo və digər döyüş idman növlərində populyar olan ölkə indi futbolda tarixi uğura imza ata bilər”.

 

Prosineçki uğurlu çıxışın davamını gətirmək istədiklərini bildirib:

 

“Bir balaca eyforiya var. Tarixi uğurun başlanğıcını etmişik və ardını gətirmək istəyirik. Təbii ki, bu çətindir. Qrupumuzda güclü komandalar var. Lakin biz sübut etdik ki, artıq asan şəkildə məğlub olmuruq. Azərbaycan yığması boks üçün nəzərdə tutulan “qum torbası” deyil və heç kim bizi asan şəkildə kötəkləyə bilməz”.

 

Xorvatiyalı çalışdırıcı Bakıda yaşamaqdan məmnun olduğunu söyləyib:

 

“Bakı gözəl şəhərdir, əla şəraiti var. Yeni binalar tikilir, şəhər müasirləşir. Burada azsaylı xorvat yaşayır. Kiçik qızım burada yaxşı təhsil alır. Hər şeydən razıyam. Bakının yaşayışına öyrəşmişəm”.

 

Prosineçki Xorvatiya klublarını çalışdırmaq istəmədiyini bildirib:

 

“Gələcəkdə belə bir planım yoxdur. Gənc mütəxəssisəm. Özümdə inkişafın olduğunu hiss edirəm”.

Xəbər xətti