"İnter"in sabiq rəqibi ilk dəfə çempion oldu

13:13 - 24 Oktyabr 2016

Finlandiya çempionatında 2016/17 mövsümündə çempionun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Mariehamn” klubu çempionluğu bayram edib. Adıçəkilən komanda çempionat ərzində keçirdiyi 33 oyunda 61 xal toplayıb və rəqibləri üçün əlçatmaz olub. Komandanın ən yaxın izləyicisi isə "Helsinki” olub. Paytaxt təmsilçisi çempiondan cəmi 3 xal geri qalıb. 
 
Qeyd edək ki, bu, "Mariehamn”ın tarixində ilk çempionluğu kimi tarixə düşüb.

 

Əlavə edək ki, "Mariehamn" 2013-cü ildə Avropa Liqasının I təsnifat mərhələsində Bakının "İnter" klubu ilə qarşılaşmışdı. "Bankirlər" 2 oyunun nəticəsinə görə (3:1) Finlandiya klubunu mübarizədən kənarlaşdırmışdı.

 

Xəbər xətti