"Qəbələ" üzərində qazanılan qələbə bizi yaxşı ruhlandırıb"

13:50 - 24 Oktyabr 2016

"Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye Fransa I Liqasında "Kan"la keçirdikləri (2:0) oyundan sonra Avropa Liqasındakı rəqibi "Qəbələ" haqda da danışıb.

 

Sportal.az xəbər verir ki, o, "Qəbələ" ilə cavab matçının çətin keçəcəyini bildirib:

 

"Çempionatda işlərimiz qaydasında gedir. Təbii ki, bu, daha yaxşı ola bilər. "Qəbələ" üzərində qazanılan qələbə bizi yaxşı ruhlandırıb. Bu matçdan sonra 2 ağır oyunumuz var. Növbəti turda "Monako"nu qəbul edəcəyik. Daha sonra Avropa Liqasında "Qəbələ" ilə çətin səfər oyunu keçirəcəyik. Hər iki görüş çətin keçəcək. Avropa Liqası ilə çempionat oyunları fərqli atmosferdə olur".

Xəbər xətti