Elnur Cəfərovun komandasının oyununda qalmaqal VİDEO

Azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi "Duqopole" klubu Xorvatiyanın II Divizionunda evdə "Sesvete" ilə bərabərə qalıb - 2:2.

 

Sportal.az xəbər verir ki, bu matç böyük qalmaqalla yadda qalıb. Hesab 2:1 ev sahibi komandanın xeyrinə olarkən qonaqlar penalti qazanıb. Ancaq oyunun baş hakimi Tino Kreçak "Sesvete"nin oyunçusu Ante Aralitsanın qolunu qeydə almayıb.

 

Tor deşik olsa da, bu, referinin gözündən yayınıb. Qonaq komandanın etirazı nəticə verməyib. Buna baxmayaraq, "Sesvete" 90+5-ci dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb.

 

Qeyd edək ki, Elnur Cəfərov oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 

 

Tarix: 24 Oktyabr [13:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio