"Golden Boy" mükafatının sahibi məlum oldu

14:14 - 24 Oktyabr 2016

Portuqaliya yığmasının və “Bavariya”nın futbolçusu Renato Sançeş “Golden Boy” mükafatına layiq görülüb.

 

Sportal.az xəbər verir ki, bu mükafat Avropanın ən yaxşı gənc futbolçusu (21 yaşa qədər) üçün təsis edilib. Renato Portuqaliya yığmasının heyətində bu il Avropa çempionu olub.

 

Jurnalistlər arasında keçirilən sorğuda o, “Mançester Yunayted”in futbolçusu Markus Reşfordu və komanda yoldaşı Kinqsli Komanı qabaqlayıb.

 

1. Renato Sançeş (Portuqaliya, “Bavariya”)
2. Markus Reşford (İngiltərə, “Mançester Yunayted”)
3. Kinqsli Koman (Fransa, “Bavariya”)
4. Dele Alli (İngiltərə, “Tottenhem”)
5. Ousman Dembele (Fransa, “Borussiya” D)
6. Canluici Donnarumma (İtaliya, “Milan”)
7. Leroy Sane (Almaniya, “Mançester Siti”)
8. Marko Asensio (İspaniya, “Real” Madrid)
9. Mahmud Dahud (Almaniya, “Borussiya” M)
10. Keleçi İheanaço (Nigeriya, “Mançester Siti”)

 

Xatırladaq ki, ötən il mükafatı “Mançester Yunayted”in hücumçusu Antoni Marsial qazanmışdı.

 

Xəbər xətti