AZAL yeni transferləri sifariş etdi

15:07 - 24 Oktyabr 2016

Paytaxtın AZAL klubu yeni transferləri Rəşad Abdullayevlə Qeyrət Əliyevi növbəti oyunlar üçün PFL-dan qeydiyyatdan keçirib.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü olan Rəşad Abdullayev yeni komandasında 17, Qeyrət Əliyev isə 55 nömrəli forma altında çıxış edəcək. 
 
Qeyd edək ki, daha əvvəl də AZAL-da oynayan Abdullayev 27 nömrəli forma altında çıxış edirdi. Hazırda 27 nömrə Eltun Hüseynovda olduğu üçün Rəşad fərqli qərar qəbul edib. 

Xəbər xətti