Tərlan Əhmədov: "Meydana 1 xal üçün çıxmamışdıq"

18:04 - 24 Oktyabr 2016

Premyer Liqanın 9-cu turunda AZAL doğma meydanda "Zirə"ni qəbul edib.

 

Sportal.az xəbər verir ki, 1 - 1 hesablı bərabərliklə başa çatan qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov matçla bağlı fikirlərini "CBC Sporta"a bildirib:

 

“Hər baş məşqçi qalib gəlmək istəyər. Bu gün meydana 1 xal üçün çıxmamışdıq. İlk hissədə komandada bir az gərginlik var idi. Ancaq ikinci hissədə vəziyyət düzəldi. İrəli xəttdə problemlərimiz var. Hücumçuları topla təmin edə bilmirik, hücuma çıxmaqda çətinlik çəkirik. Hesabda geri olduğumuzdan meydana ikinci hücumçunu, David Canelidzeni buraxdım.

 

Qalib gəlmək istəyirdik. Ancaq heç-heçə də pis nəticə deyil. Bu oyunda hər iki komanda qalib də gələ, uduza da bilərdi. Məncə, heç-heçə layiqli nəticədi”

Xəbər xətti