Adil Şükürov: "Hər xal qızıla bərabərdi"

18:19 - 24 Oktyabr 2016

Premyer Liqanın 9-cu turunda "Zirə" səfərdə AZAL-ın qonağı olub.

 

Sportal.az xəbər verir ki, 1 - 1 hesablı bərabərliklə başa çatan qarşılaşmadan sonra qonaqların baş məşqçisi Adil Şükürov oyun haqda fikirlərini "CBC Sport"a bildirib:

 

"İki fərqli hissə oldu. İlk hissədə biz üstün oynadıq, ikinci hissədə AZAL. Bilirdik ki, AZAL döyüşkən komandadı. İndi elə mərhələdir ki, 1 xal da bizim üçün xaldı. Hər xal qızıla bərabərdi. Hücuma çıxmaqda bir az problemlərimiz oldu. Çünki Vüqar Mustafayevin yoxluğu bizim üçün ciddi itki idi. Bununla belə, onun mövqeyində oynayan İqbekoyi də çox yaxşı çıxış etdi.

 

Növbəi turda "Kəpəz"lə oynayırıq. Bəli, bu komanda ilə bizdə həmişə çətin alınır. Onlarla oyunlarda "Kəpəz" bizdən üstündü. Lakin bu, onlar üçün son olacaq. Bu dəfə biz qalib gələcəyik".

Xəbər xətti