"Fənərbaxça" bir qolla qələbə qazandı

00:34 - 25 Oktyabr 2016

Türkiyə Super Liqasında 8-ci tura bu gecə baş tutan bir qarşılaşma ilə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. İstanbul təmsilçisi matçın 25-ci dəqiqəsində Emmanuel Emenikenin penalti zərbəsindən vurduğu qolla görüşdən 1 - 0 hesablı qələbə ilə ayrılıb.

 

Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "sarı-lacivərtlilər" turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Xəbər xətti