Qol vurdu, rəqs etdi, cəzalandı VİDEO

10:57 - 25 Oktyabr 2016

Amerikanın MLS liqasında baş tutmuş “Nyu İnqlend Revolyuşn” - “Monreal İmpekt” oyununda (3:0) maraqlı hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, oyunda komandasının son qoluna imza atan Key Kamara matçın baş hakiminin qəzəbinə tuş gəlib. Vurduğu qolu tverk rəqsi edərək qeyd edən Kamara sarı vərəqə alıb.


Belə ki, qarşılaşmanın baş hakimi hücumçunun bu rəqslə rəqib azarkeşləri təxribata sövq etdiyini düşünərək, onu cəzalandırıb.

 

 

Xəbər xətti