"Qəbələ" "Sumqayıt"la matça ciddi itkilərlə çıxacaq

11:30 - 25 Oktyabr 2016

Premyer Liqanın 9-cu turunda "Qəbələ" "Sumqayıt"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" bu oyuna ciddi itkilərlə çıxacaq. Baqali Dabo, Elvin Camalov, Rəşad Sadiqov, Sergey Zenyov və Nika Kvekveskiri zədə səbəbindən "kimyaçılar"a qarşı oynamayacaq.

 

Saat 16:00-da başlayacaq görüşdə uzun müddət yaşıl meydanlardan uzaq qalan Cavid Hüseynovun forma geyəcəyi gözlənilir.

Xəbər xətti