"Eddi İsrafilov o hərəkəti burda edə bilməz"

13:42 - 25 Oktyabr 2016

Milli komandamızın və “Kadis”in yarımmüdafiəçisi Eddi İsrafilovun başı hələ də qalmaqaldadır.

 
Sportal.az xəbər verir ki, İsrafilov “Eybar”da çıxış etdiyi dönəmdə komanda yoldaşları olan Serji Enrix və Antonio Lunanı porno videolarını internetə yaymaqda ittiham olunur. 

 

“Kadis”in idman direktoru Xuan Karlos Kardero məsələyə münasibət bildirib:

 

“Bu məsələ ilə bağlı araşdırmalar gedir. Təsdiqini tapmadığı üçün Eddi cəzalandırılmayıb. Ancaq bu məsələ bizə də maraqlı gəlir. Çünki İsrafilov hazırda bizim klubumuzun şərəfini qoruyur. Baxmayaraq ki, o, bu hərəkəti “Kadis”də etməyib və edə də bilməz. Eddinin son zamanlar klubda oynamamasının bu məsələyə aidiyyatı yoxdur. Baş məşqçi kimi hazır hesab edirsə, ona şans verir”.


Qeyd edək ki, İsrafilovun sabiq komanda yoldaşı Serji Enrix özü açıqlama verərək millimizin futbolçusunu günahlandırmışdı:
 
“Məsələ artıq həll olmaqdadır. Qızdan, komanda yoldaşlarımızdan və azarkeşlərdən üzr istəyirəm. Belə bir hadisənin baş verməsi yaxşı deyil. Bunu kim yayıb? Əlbəttə ki, Eddi İsrafilov. O, bizim videomuzu görmüşdü. Bu videonu İsrafilov yaydı, çünki onunla paylaşmışdıq. Bu, yalnız onun işidir”.
 
Porno videodakı 17 yaşlı qız şikayət edərək futbolçulardan 20 min avro almışdı. Lakin istintaq davam edir.

Xəbər xətti