"Neftçi" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

14:37 - 25 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda "Neftç" öz meydanında "Qarabağ"ı qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Belə ki, "Zirə" ilə matçda qırmızı vərəqə alan Rahil Məmmədov "Qarabağ"a qarşı oynamayacaq. Bundan əlavə, zədədən əziyyət çəkən Məqsəd İsayev və Elşən Abdullayev də Ağdam klubuna qarşı oynaya bilməyəcək.
 
Kapitan Araz Abdullayevin də vacib görüşdə komandasına kömək edə bilməyəcək. Millimizin üzvünün temperaturu olduğu üçün bu matçda iştirak etməyəcəyi dəqiqləşib.
 
 
Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu saat 19:00-da "Bakcell Arena"da baş tutacaq. 

Xəbər xətti