"Fənərbaxça"nın sabiq futbolçusu həbs edildi

16:14 - 25 Oktyabr 2016

“Fənərbaxça”nın sabiq futbolçusu Fabio Bilika həbs edilib.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi 17 min dollar məbləğində aliment borcu olduğundan saxlanılıb. Ancaq o, bu məbləği ödədikdən sonra azad olunub.

 

Xatırladaq ki, bu, Bilikanın ilk qalmaqalı deyil. Braziliyalı futbolçu əvvəllər aliment, zorlama və adam yaralamaq kimi ittihamlarla saxlanılmışdı.

 

Qeyd edək ki, Bilika 2009-2012-ci illər aralığında “Fənərbaxça”nın şərəfini qoruyub.

Xəbər xətti