"Qalatasaray" "Borussiya"nın futbolçusunu transfer edir

17:55 - 25 Oktyabr 2016

"Qalatasaray" qış fasiləsində heyətini gücləndirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, müdafiənin mərkəzində problemlər yaşayan İstanbul nəhənginin baş məşqçisi Yan Olde Riekerink rəhbərlikdən yeni transfer istəyib. "Cim bom"un əsas hədəfi isə Dortmund "Borussiya"sının serb müdafiəçisi Neven Subotiçdir.

 

"Sarı-qırmızılar" 28 yaşlı müdafiəçini qış transfer pəncərəsi zamanı transfer hüququna yiələnmək şərti ilə icarəyə götürmək niyyətindədir. Bunun üçün "Qalatasaray" rəhbərliyi Bundesliqa təmsilçisinə 5 milyon avro ödəyəcək.

Xəbər xətti