Asif Məmmədov: "Hakimə görə bu oyunda 2 xal itirdik" MÜSAHİBƏ

18:52 - 25 Oktyabr 2016

Premyer Liqanın 9-cu turu çərçivəsində "Qəbələ" səfərdə "Sumqayıt"ın qonağı olub.

 

Sportal.az xəbər verir ki, 2 - 2 hesablı heç-heçə ilə başa çatan matçdan sonra "qırmızı-qaralar"ın futbolçusu Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Təcrübəli yarımmüdafiəçinin müsahibəsini təqdim edirik:

 

- Oyun bizim üstünlüyümüz şəraitində keçdi. İkinci hissə başlayan kimi ani səhvdən qapımızda qol gördük. Buna baxmayaraq toparlandıq. Hesabda önə də keçdik. Hakim olmayan cərizə zərbəsi təyin etdi, ardınca da penalti. Hakimə görə bu oyunda 2 xal itirdik.

 

- Penalti epizodnda hakimin üstünə getməyinin səbəbi nə idi?

- Hakim oyuna 4 dəqiqə əlavə etmişdi. Halbu ki, oyunda dayanma olmamışdı, 3 dəqiqə də artıra bilərdi. Adi oyun epizodunda zərimə zərbəsi təyin etdi. Penala yox, ondan əvvəlki zərimə epizoduna etiraz edirdim. Başa düşə bilmirəm. Adi epizod idi, orda oyunu davam etdirə bilərdi.

 

- Hakimə nə dedin?

- Dedim ki, belə şeyə görə cərimə vermirlər. Belə hakimlik olmaz. Əgər elə yerdə cərimə verirlərsə, gərək hər dəqiqə oyunu dayandırsın. Mən penala yox, ondan əvvəlki epizoda etiraz edirdim, o da mənə sarı vərəqə verdi.

 

- Səncə bu hakimin səhvi idi, yoxsa qərəz var idi?

- Bilmirəm, o barədə nəsə deyə bilmərəm. Özü bilər, allahı bilər.

 

- Xal itkisini yalnız hakimliklə əlaqələndirirsən?

- Bəli, hakimliklə bağlıdır. Bizdə heç bir arxayınlıq yaranmamışdı. Biz yenə hücumlar təşkil edirdik. Çox qol imkanlarımız oldu. Oyun bizim üstünlüyümüzlə keçdi. Bu gün yaxşı oynadıq, hakim səhvinə görə 2 xal itirdik.

 

- Artıq ikinci mövsümdür ki, "Qəbələ" çempionata yaxşı başlayır, sonra düşüş müşahidə olunur. Nə baş verir?

- Mən deməzdim ki, eniş yaşayırıq. Yaxşı oynayırıq. Ötən mövsüm oyunumuz alınmırdı, amma bu il fərqlidir. "İnter"lə oyunda heç-heçə ədalətli nəticə idi, amma bu  gün 2 xal itirdik.

Xəbər xətti