Cüneyt Çakır Səudiyyə Ərəbistanı liqasının oyununu idarə edəcək

11:20 - 26 Oktyabr 2016

Türkiyəli FİFA referisi Cüneyt Çakır Səudiyyə Ərəbistanında oyun idarə edəcək.

 

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası bu məsələ ilə bağlı Türkiyə Futbol Federasiyasına müraciət edib. 
 
FİFA referisi Səudiyyə Ərəbistanı çempionatında keçirilməsli olan "Əl Hilal” – "Əl İttihad” oyununu idarə edəcək. Oktyabrın 28-də baş tutacaq matçda Çakırın köməkçiləri Tarık Ongün və Alparslan Dədəş olacaq. 
 
Qeyd edək ki, Çakır bundan öncə də Səudiyyə Ərəbistanında oyun idarə etmişdi. O, Səudiyyə Ərəbistanı Hakimlər Klomitəsinin sədri, sabiq ingiltərəli referi Hovard Uebbin müraciəti əsasında "Əl-Əhli” – "Əl-Şabab” oyununda ədaləti qorumuşdu.

 

Xəbər xətti