David Vilya yenidən milliyə dəvət ala bilər

11:55 - 26 Oktyabr 2016

İspaniya milli komandasının baş məşqçisi Julen Lopeteqi David Vilyanın yığmaya yenidən dəvət ala biləcəyi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Vilyanın yaxşı formada olduğunu bildirib:

 

“David Vilya hazırda yaxşı formadadı.Milli komandaya yenidən dəvət ala bilər. Ümumiyyətlə, millinin qapıları hər bir futbolçunun üzünə açıqdır”.

 

Qeyd edək ki, “Nyu York Siti”də çıxış edən 34 yaşlı hücumçu İspaniya yığmasında 97 oyun keçirib və 57 qol vurub.

Xəbər xətti