Tuncay Şanlı baş məşqçi oldu

16:36 - 26 Oktyabr 2016

Türkiyə milli komandasının sabiq üzvü Tuncay Şanlı məşqçiliyə başlayıb.

 

Sportal.az xəbər verir ki, o, Türkiyə 3-cü liqasında çalışacaq. Belə ki, məşhur hücumçu karyerasına başladığı "Sakaryaspor"la razılıq əldə edib. Onun köməkçiləri isə Mehmet Aureliyo və Mohamed Ali Kurtuluş olacaq.

 

Qeyd edək ki, Tuncay Şanlı futbolçu karyerası ərzində "Fənərbaxça", "Midlzbro", "Stok Siti", "Volfsburq", "Bursaspor" kimi klublarda çıxış edib.

Xəbər xətti