Azərbaycan klubunun UEFA kubokunda növbəti məğlubiyyəti

17:06 - 26 Oktyabr 2016

Azərbaycanı UEFA Regionlar Liqasında təmsil edən "Şərur" bu gün 8-ci qrup çərçivəsində ikinci oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz bu dəfə Macarıstanın "İst Region" kollektivi ilə qarşılaşıb. "Şərur" rəqibinə 0 - 6 hesabı ilə məğlub olub.

 

Qrupun digər oyununda "Zaqreb" (Xorvatiya) Finlandiyanın "İst Region" komandasına 5:0 hesabıyla qalib gəlib.

 

Xatrıladaq ki, ilk turda "Şərur" Finlandiya təmsilçisinə 0:3 hesabıyla uduzmuşdu.

Xəbər xətti