"Real"da yeni müqavilə

17:32 - 26 Oktyabr 2016

Madrid "Real”ı futbolçusu Lukas Vazkezlə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı fubolçu uzun müddət "kral klubu”nun uğurları üçün çalışacaq. 
 
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Belə ki, İspaniya millisinin üzvü 5 illik müqaviləyə imza çəkib. O, 2021-ci ilin yayına qədər Madriddə qalacaq. 
 
Qeyd edək ki, Vazkez "Real”ın yetirməsidi. Zidanın gəlişindən sonra əsas heyətdə oynamaq şansı qazanan futbolçu ötən mövsümü icarə əsasında "Espanyol”da keçirib

Xəbər xətti