Şeydayev oynadı, "Trabzonspor" kubokun qrupuna yüksəldi

17:50 - 26 Oktyabr 2016

Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, yığmamızın hüçumcusu Ramil Şeydayev forma geydiyi "Trabzonspor", səfərdə "Çorum Bələdiyyəspor"la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 1 - 1 hesablı bərabərliklə başa çatıb. Qara Dəniz təmsilçisi əlavə edilmiş vaxtın 109-cu dəqiqəsində Okay Yokuşlunun vurduğu qolla kubokun qrup mərhələsinə vəsiqə qazana bilib.

 

Şeydayev matça start heyətində başlayıb. Lakin o, baş məşqçi Ərsun Yanalın etimadını doğrutmayıb. Belə ki, ilk 45 dəqiqədə heç bir varlıq göstərə bilməyən Ramilin yerinə, fasilədə Mehmet Ekici meydana daxil olub.

Xəbər xətti