"Napoli" Milikin əvəzləyicisini Çində tapdı

18:30 - 26 Oktyabr 2016

Çinin “Quançjou” klununda forma geyinən Cekson Martines qışda komandasını dəyişməyə hazırlaşır. 

 

Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçuyla İtaliyanın “Napoli” klubu maraqlanır. Neapol təmsilçisi bir müddət əvvəl 6 aylıq sıradan çıxan Arkadiuş Milikin yoxluğunu 30 yaşlı forvardı transfer etməklə aradan qaldırmağa çalışır. Hətta italiyalılar transferin reallaşması üçün yaxın vaxtlarda qarşı tərəflə danışıqlar aparacaqlar.

 

Qeyd edək ki, cari mövsüm 9 oyuna çıxan Martines 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti