"Dəyişiklik olmasa, maaşlar artmasa, komanda güclənməsə, halallaşıb gedəcəm"

23:42 - 26 Oktyabr 2016

Premyer Liqada işləri qaydasında getməyən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qış fasiləsini gözləyir və işdi, verilən vədlər yerinə yetirilməsə…  Gəlin, onu dinləyək: "İkinci mövsümdü ki, pulsuz-parasız klubda işləyirəm. Qabaq iki-üç manatım var idi, onu da komandanın yolunda qoydum. Futbolçu gəlib 20-30 manat istəyir, verməsəm, olmur. Axı özlərinə də demişəm ki,.mən ilk növbədə sizin böyük qardaşınızam.

 

Futbolçular məşqdən sonra evə getməyə yolpulu tapmır. Problemin içində itib-batmışıq. Keçən yay dedilər ki, bu çempionat qurtarsın, gələn dəfə yaxşı olacaq. Mən də futbolçuları ümidləndirdim ki, 1 il dözün, sonra düzələcək. Vaxt gəlib keçdi, heç nə dəyişmidi. İndi o ümid də yoxdu, siz deyin, mən nə edim? Rəhbərliyə də demişəm ki, arxayın olun, yeni ilədək burdayam.

 

Ancaq bu dəfə də dəyişiklik olmasa, maaşlar artmasa, komanda güclənməsə, halallaşıb gedəcəm. Vitse-prezidentimiz Fikrət Hüseynov və Eldəniz Yusifov da mənim kimi çox əziyyət çəkir. Biz bir-birimizə arxa olub, bütün bu çətinliklərə dözürük. Axzı məni də başa düşmək lazımdı.

 

Keçən yay büdcə kəsiləndə, demişdim ki, yeni yığılan futbolçularla nöqtədən başlayıb, kvadrat quracam, onları bir yerə gətirib çatdıracam. Bu gün isə həmin o nöqtə də yoxdu. Biz hələ nə qədər işləməliyik ki, o nöqtəyə gəlib çataq. Çempionat isə gedir, vaxt bizi gözləmir. Komandam son dörd oyunda yaxşı təsir bağışlayır. Amma qələbə qazanmamışıq hələ.

 

Hər belə oyundan sonra neçə gün özümə gələ bilmirəm. Əsəblərimi güclə cilovlayıram. Futbolçuları həmişə qınamaq da olmur. Maddi stimulları olmalıdı ki, onlardan nəticə tələb edəsən. Arada isə adım gedir. Biri bilir problemimizi, onu bilmir. Niyə sonra desinlər ki, Tərlan Əhmədov AZAL-da bacarmadı? Mən də gələcəyimi fikirləşməliyəm". (Sportinfo.az)

 

Xəbər xətti