Pep Qvardiola antirekorda imza atdı

12:31 - 27 Oktyabr 2016

Pep Qvardiola "Mançester Siti"də antirekorda imza atıb.


Sportal.az xəbər verir ki, İngiltərə liqa kubokunda "Mançester Yunayted"ə 0:1 hesabı ilə uduzan Qvardiolanın komandası ardıcıl 6 oyundur ki, qalib gələ bilmir. Bu isə ispan mütəxəssis üçün antirekorddur. O, çalışdırdığı klublarda 6 oyun dalbadal qələbəsiz qalmamışdı.


Qvardiola son olaraq 2009-cu ilin martıda "Barselona"da ardıcıl 5 matçda qələbəyə həsrət qalmışdı.

Xəbər xətti