"Kəpəz" "Zirə"ilə matça "Dalğa Arena"da hazırlaşır

13:22 - 27 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Zirə”ylə qarşılaşacaq “Kəpəz” oktyabrın 25-dən həftəsonu keçirəcəyi oyunun hazırlıqlarına start verib.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” qarşıdakı matça Bakıda hazırlaşır. Belə ki, “Kəpəz” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir.

 

“Zirə” - “Kəpəz” matçı oktyabrın 30-da keçiriləcək və saat 14.00-da başlayacaq.

 

Xəbər xətti