Ronaldo: "Messi ilə dost olduğumuzu deyə bilmərəm"

17:07 - 27 Oktyabr 2016

Madrid "Real"ının ulduz futbolçusu Kristiano Ronaldo ona Lionel Messi ilə əlaqədar ünvanlanan sualı cavabsız qoymayıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu Messi ilə dost olmadıqlarını, lakin buna baxmayaraq ona hörmətlə yanaşdığını bildirib. Jurnalistin sualına Ronaldo "Messi ilə dost olduğumuzu deyə bilmərəm. Amma bir-birimizə qarşılıqlı hörmətimiz var" cavabını verib.

 

31 yaşlı futbolçu ona ən çox çətinlik yaradan müdafiəçinin də kim olduğunu söyləyib. Eşli Koul haqqında "nəfəs almağa imkan vermirdi" ifadələrini işlədib.

Xəbər xətti