Təbriz klubu zirvəyə yüksəldi

17:22 - 27 Oktyabr 2016

İran Pro Liqasında 10-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, hesabat turunda Təbrizin "Traktor Sazi" klubu səfərdə şəhərin digər təmsilçisi "Qostareş"in qonağı olub. Matç qonaqların 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbə sayəsində xallarını 20-yə çatdıran Cənubi Azərbaycan təmsilçisi turnir cədvəlinin zirvəsinə yüksəlib.

Xəbər xətti