Luis Suarez: "Arda bizim üçün çox önəmli futbolçudu"

18:03 - 27 Oktyabr 2016

"Barselona"nın futbolçusu Luis Suarez komanda yoldaşı Arda Turan haqqında açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, uruqvaylı hücumçu Türkiyə milli komandasının üzvü universal oyunçu olduğunu deyib. O, Ardanın hər mövqedə oynaya bilən futbolçiu olduğunu qeyd edib:

 

"Arda bizim üçün çox önəmli futbolçudu. Baş məşqçimiz Luis Enrike onu fərqli mövqelərdə oynadır. Arda "Barselona"nın universal oyunçusudu. Həm hücum xəttində, həm də yarımmüdafiədə oynaya bilir. Hər mövqeyin də haqqını ən yaxşı şəkildə verir".

 

29 yaşlı forvard Uruqvay millisində komanda yoldaşı olan Fernando Muslera haqqında da danışıb. O, "Qalatasaray"ın qolkiperinin dünyanın ən yaxşı qapıçılarından olduğunu söyləyib:

 

"Uruqvay milli komandasının hazırki vəzyiyyətində onun xidmətləri çoxdu. Qapıçımızın yaxşı olması hər zaman komandamızda özünəinam yaradır. Musleranın "Qalatasaray"da yaxşı oyunlar keçirdiyini bilirəm. O, dünyanın istənilən böyük klubunda oynaya bilər".

Xəbər xətti