"İnter"in prezidenti istefa verdi

18:18 - 27 Oktyabr 2016

Bakının “İnter” klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.

 

Sportal.az xəbər verir ki, klub prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

 

Prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

 

Qeyd edək ki, R.Qasımov ötən ilin dekbar ayında “İnter”in prezidenti vəzifəsinə təyin olunmuşdu. 

Xəbər xətti