Mourinyo erməni futbolçunu komandadan göndərir

19:12 - 27 Oktyabr 2016

Böyük ümidlərlə "Mançester Yunayted" futbol klubuna transfer olan Henrik Mixitaryan ümidləri doğrultmayıb.

 

Sportal.az xəbər verir ki, Mixitaryan baş məşqçi Joze Mourinyonun planlarına daxil deyil. 27 yaşlı erməni futbolçunun hazırlıq səviyyəsindən narazı olan Mourinyo, idmançıya bu mövsum cəmi 109 dəqiqə şans verib.

 

İddialara görə, Mixitaryanı komandasında görmək istəməyən Mourinyo, onun transferə çıxarılmasına icazə verib. Ən gec yay transferi dövründə futbolçunun klubdan ayrılacağı gözlənilir.

 

Qeyd edək ki, ötən gecə “EFL” kuboku çərçivəsində baş tutan Mançester derbisində Mixitaryanın adı 18-liyə belə düşməyib. 

Xəbər xətti