Millimizin üzvü oynamadı, komandası kubokda qələbə qazandı

01:11 - 28 Oktyabr 2016

Futbol üzrə Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ufuk Budağın şərəfini qoruduğu "Kayserispor" da növbəti matçına çıxıb.

 

Kayseri təmsilçisi doğma meydanda "Bucaspor"la qarşılaşıb. Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, "Kayserispor" Türkiyə Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Ufuk bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Xəbər xətti