Millimizin məğlubiyyəti VİDEO

10:30 - 28 Oktyabr 2016

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, Rumıniyada keçirilən seçmə mərhələdə millimizin ikinci rəqibi Avstriya yığması olub.
 
Qarşılaşma rəqib komandanın qələbəsi ilə başa çatıb. Avstriyalıların vurduğu 3 qola yığmamız cəmi 1 qolla cavab verib. 
 
Qeyd edək ki, yığmamız ilk turda İngiltərəyə məğlub (0:2) olmuşdu
 
Avropa çempionatı, seçmə mərhələ
VI qrup
27 oktyabr
 

Avstriya – Azərbaycan - 3:1
Qollar:
Aqanoviç, 3, Şmidt, 60, Vunş, 74 - Xəqani Sadıqov, 23

 

Xəbər xətti