Ulduz futbolçu siqaret çəkərkən yaxalandı FOTO

11:57 - 28 Oktyabr 2016

PSJ-nin futbolçusu Marko Veratti xoşagəlməz olayla üz-üzə qalıb.

 

Sportal.az xəbər verir ki, İtaliya millisinin futbolçusu siqaret çəkərkən yaxalanıb. Fotonu isə "Snapchat"da Verattinin komanda yoldaşı Markinyosun xanımı bilməyərəkdən paylaşıb.

 

Fransanın paytaxtı Parisdə jurnalistlərə yaxalanan futbolçu bu barədə açıqlama verməkdən imtina edib. PSJ rəhbərliyinin futbolçuya bu hərəkətinə görə cəza verəcəyi gözlənilir. 
 
Qeyd edək ki, Marko Veratti 2012-ci ildən PSJ-də çıxış edir. 

 

 

Xəbər xətti