Ramil Şeydayevə avtomobil hədiyyə edildi

12:12 - 28 Oktyabr 2016

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor”a klubun sponsoru tərəfindən maşın hədiyyə verilib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisinin sponsoru olan "Doğuş Otomotiv" şirkəti komandaya 12 ədəd "Audi" markalı avtomobil verib.

 

"Audi"lərdən 9-u A3, 2-si A4, 1-i isə A7 modelindədir.

 

Klub rəhbərliyi həmin maşınları komandanın texniki heyəti və futbolçularının istifadəsinə verilib.

Xəbər xətti