Millimizin futbolçusu Türkiyə klubundan 313 min avro tələb edir

12:30 - 28 Oktyabr 2016

FİFA Nizam İntizam Komitəsinin qərarı ilə Türkiyə I Liqasında çıxış edən "Elazığspor”un 12 xalı silinib.

 

Sportal.az xəbər verir ki, Ali futbol qurumunun bu qərarına əsas səbəb Elazığ təmsilçisinin Fabio Bilikaya və Fransanın "Soşo” klubuna olan borclarının ödəməməsi olub. Ancaq klubun borclu olduğu futbolçu təkcə Bilika deyil. Belə ki, "Elazığspor"un 26 futbolçuya borcu var.

 

Həmin futbolçular arasındas hazırda "Bursaspor"da çıxış edən və millimizdə oynamağa razılıq verən Dəniz Yılmazın da adı var. Klubun 2013-cü ildə "Maynts”dan transfer etdiyi futbolçuya 313 min avro borcu var.
 
Qeyd edək ki, aktivində -2 xal olan "Elazığspor"  turnir cədvəlinin "zirzəmisi"nə yuvarlanıb.

Xəbər xətti