"Arena" geri dönür ANONS

13:58 - 28 Oktyabr 2016

Artıq 4 ildir ki fəaliyyət göstərən və özünə geniş izləyici kütləsi yığan "Arena" verlişi yenidən ekranlara dönür.

 

Sportal.az xəbər verir ki, bir neçə aylıq fasilədən sonra "Arena" verlişi Rüfət Nadirlinin təqdimatında, AAAF Park yaşayış kompleksinin telekanalı olan "AAAF TV"də yayımlanacaq. Fəaliyyət göstərdiyi dövrdə Azərbaycan çempionatınında baş verən hadisələri tamaşaçıların diqqətinə çatdırıb, müzakirəyə çıxaran televiziya layihəsi həftənin çərşənbə günü (3-cü gün - red.) saat 20:30-da, təkrarı isə, şənbə günü (6-cı gün - red.) saat 20:30-da yayımlanacaq.

Xəbər xətti